AZ

Trampın qatılacağı Sülh Sammiti Şarm əl-Şeyxdə keçiriləcək –TƏDBİRƏ AZƏRBAYCAN DA DƏVƏT OLUNUB

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan Sülh Sammiti oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

 

"Sülh Sammiti oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək və ona Misir və ABŞ prezidentləri həmsədrlik edəcəklər. 20-dən çox ölkədən liderlər iştirak etmək üçün dəvət olunublar", - əs-Sisinin Facebook səhifəsində dərc edilən bəyanatda deyilir.

 

...Bu arada "Axios"un müxbiri Barak Ravid X sosial media platformasında paylaşım edib.  Onun yazdığına görə, Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq Sülh Sammiti-nə dəvət olunub.

 

Jurnalist onu da vurğulayıb ki, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib: "ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunanların siyahısını xeyli genişləndirib".

 

Üstəlik, Ravidin sözlərinə görə, İran tərəfi tədbirə dəvət alsa da, İsrail almayıb.

Seçilən
15
5
senzor.az

10Mənbələr