ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Cənubi Afrika Respublikası və ABŞ tezliklə rüsumlarla bağlı razılaşmaya nail ola bilərlər.
APA xəbər verir ki, bu barədə “Bloomberg” CAR-ın ticarət naziri Parkes Tauya istinadən məlumat verib
“Biz tariflər və onların hər iki ölkə üçün necə qarşılıqlı faydalı olacağı barədə razılığa gəlmək ərəfəsindəyik”, - Tau deyib.
Qeyd edək ki, sentyabr ayında “Reuters” Tau və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Gririn ABŞ-ın tətbiq etdiyi rüsumların azaldılmasını nəzərdə tutan razılaşmanı müzakirə etmək üçün görüşdüklərinə dair məlumat yaymışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.