ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) oyunçuların transfer dəyərinə görə ən bahalı 10 klubun siyahısını açıqlayıb. Mərkəzin araşdırmalarına əsasən, "Çelsi" bu göstəricidə ilk pillədə qərarlaşıb.
Madrid "Real"ı və "Mançester Siti" də ilk "üçlük"də qərarlaşıb. Səkkiz klubun isə heyətinin ümumi dəyəri 1 milyard avrodan çoxdur. İlk "10-luğ"a beş İngiltərə, iki İspaniya və İtaliya, Almaniya və Fransadan bir klub daxil olub.
CIES-ə görə ümumi oyunçu transfer dəyərinə görə ilk 10 klub (Oktyabr 2025):
1. "Çelsi" — 1,807 milyard avro
2. "Real" — 1,684 milyard avro
3. "Mançester Siti" — 1,485 milyard avro
4. "Arsenal" — 1,474 milyard avro
5. PSJ — 1,440 milyard avro
6. "Liverpul" — 1,403 milyard avro
7. "Barselona" — 1,352 milyard avro
8. "Tottenhem" — 1,047 milyard avro
9. "Bavariya" — 934 milyon avro
10. "İnter" — 866 milyon avro
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.