AZ

Kriptovalyuta bazarında kəskin eniş qeydə alınıb

Kriptovalyuta treyderləri oktyabrın 11-nə keçən gecə bazarda baş verən kütləvi eniş nəticəsində milyardlarla dollar zərərə düşüblər.

Trend xəbər verir ki, son 24 saat ərzində məcburi dayandırılan ticarət əməliyyatlarının həcmi 19 milyard dolları ötüb. Bu, kriptovalyuta bazarının tarixində bütün zamanların ən yüksək göstəricisi hesab olunur.

Xatırladaq ki, ötən gecə “Bitcoin”in qiyməti 122.000 dollardan 102.000 dollara qədər geriləyib.

Qiymətlərin kəskin azalması ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan mallara irimiqyaslı tarif artımı barədə açıqlamasından sonra başlayıb. Bildirilib ki, ABŞ noyabrın 1-dən etibarən mövcud tariflərə əlavə olaraq 100 faiz rüsum tətbiq edəcək.
Seçilən
18
2
sherg.az

3Mənbələr