BAKI, 12 oktyabr. TELEQRAF
"İran ABŞ-nin potensial "ədalətli və balanslaşdırılmış" nüvə təklifini alqışlayır, lakin Tehran danışıqlar üçün heç bir təklif almayıb".
Teleqraf xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına müsahibəsində deyib.
O deyib: "Əgər biz amerikalılardan danışıqlar üçün ağlabatan, balanslı və ədalətli bir təklif alsaq, onu mütləq nəzərdən keçirəcəyik".
Bununla yanaşı Əraqçi deyib ki, Tehran "uranı zənginləşdirmək hüququndan" imtina etməyəcək, lakin "nüvə proqramının dinc xarakterli olması" ilə bağlı etimadı artıran tədbirlər görə bilər.
“Əlbəttə, bu, qarşı tərəfin də sanksiyaların bir hissəsini ləğv etməklə etimad yaratmaq üçün addımlar atması şərtidir”, - deyən Əraqçi Tehran və Vaşinqtonun vasitəçilərin köməkliyi ilə mesaj mübadiləsi apardığını bildirib.