AZ

Pakistanda polis təlim mərkəzinə hücum edilib

Pakistanın şimal-qərbindəki Ratta Kulaçi şəhərində polis təlim mərkəzinə hücum zamanı azı 7 polis əməkdaşı və 6 yaraqlı həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın "Dunya News" xəbər portalı məlumat yayıb.

Hücumçular əvvəlcə darvazanın yaxınlığında bomba yüklü yük maşını partladıb, daha sonra təxminən 200 kursant və təlimatçının olduğu kompleksə daxil olublar.

Atışma təxminən 6 saat davam edib, əlavə olaraq 13 polis əməkdaşı yaralanıb. Polis bildirir ki, koordinasiyalı hücum qismən dəf edilib və növbəti itkilərin qarşısı alınıb.

Seçilən
11
1
ikisahil.az

2Mənbələr