AZ

Ən yüksək maaş alan baş məşqçilər - SİYAHI

Argentina millisinin baş məşqçisi Lionel Skaloni illik təxminən 2,3 milyon avro qazanır. Digər tərəfdən, Braziliya yığmasının məşqçisi Karlo Ançelotti imzaladığı müqavilə sayəsində ildə 9,5 milyon avro məbləğində əməkhaqqı əldə edəcək.

Skaloni ildə 2 milyon avro qazanarkən, Ançelottinin Braziliyadakı astronomik maaşı diqqət mərkəzindədir.

İki məşqçi arasındakı fərq dörd dəfəyə çatır və bu da Ançelottini “ən yüksək maaş alan milli komanda baş məşqçisi” mövqeyinə çıxarır.

Məlumata görə, Ançelottinin müqaviləsində şəxsi təyyarədən istifadə hüququ və 2026-cı il dünya çempionatını qazanacağı halda 5 milyon avroluq əlavə mükafat da nəzərdə tutulub.

Ən son mənbələrə əsasən, “ən çox maaş alan milli komanda baş məşqçiləri” siyahısı belədir:

Karlo Ançelotti (Braziliya) - ildə təxminən 9,5 milyon avro

Maurisio Poçettino (ABŞ) - ildə təxminən 5,3 milyon avro

Tomas Tuxel (İngiltərə) - ildə təxminən 5,9 milyon avro

Yulian Naqelsmann (Almaniya) - ildə təxminən 4,9 milyon avro

Roberto Martines (Portuqaliya) - ildə təxminən 4 milyon avro

Didye Deşam (Fransa) - ildə təxminən 3,8 milyon avro

Marselo Biyelsa (Uruqvay) - ildə təxminən 3,5 milyon avro

Rikardo Qareka (Çili) - ildə təxminən 3,3 milyon avro

Ronald Kuman (Niderland) - ildə təxminən 3 milyon avro

Luçano Spaletti (İtaliya) - ildə təxminən 2,8 milyon avro

 

Valyuta.az 

 

Seçilən
6
1
hurriyyet.az

2Mənbələr