AZ

“2025-ci ilin "Qızıl Top" mükafatını Yamal almalı idi”

“Milan”ın baş məsləhətçisi və sabiq ulduz hücumçusu Zlatan İbrahimoviç 2025-ci ilin "Qızıl Top" mükafatı barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, tanınmış jurnalist Canluka Di Marsio sabiq futbolçunun fikirlərini belə çatdırıb:

 "Qızıl Top"u qazanmamağıma peşmanam? Xeyr, peşman deyiləm, amma qəribədir ki, onu heç vaxt qazanmamışam (gülür). Həmişə ən yaxşıya verilməyən mükafatdır. Kimin layiq olduğunu soruşsanız, fərdi olaraq oyunda fərq yaradan futbolçu olmalıdır. Məncə, bu, Yamaldır”

İbrahimoviç karyerası ərzində bir çox uğurlara imza atıb. “Ayalq” ilə iki dəfə Hollandiya çempionu olub, ölkə kuboku və Superkuboku qazanıb. “İnter”də üç dəfə İtaliya çempionu və iki Superkubok; “Barselona”da İspaniya çempionu, iki Superkubok, UEFA Superkuboku və klub dünya çempionatı; “Milan”da iki İtaliya çempionluğu və Superkubok; PSJ-də dörd çempionluq, iki Fransa Kuboku, üç Liqa Kuboku və üç Superkubok; “Mançester Yunayted”də isə Liqa Kuboku, İngiltərə Superkuboku və Avropa Liqası qazandı.

Qeyd edək ki, bu mükafatı son olaraq PSJ-dən Usman Dembelə qazanıb.

Seçilən
1
90deqiqe.az

1Mənbələr