Azərbaycannın 17 yaşlılardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb. Msport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Fransanın Sen-Pol-le-Daks şəhərindəki “Park de Sport” stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın yeganə qolunu 45+1-ci dəqiqədə Samir Şərifov vurub.
Bu qrupun digər oyununda Rumıniya Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.
11 oktyabr
20:00. İsrail (U-17) – Azərbaycan (U-17) – 5:1
Qollar: Bar 39, 47, Qrimberg 83, Didi 90, (p), Zuares 90+4, Şərifov 45+1
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks