AZ

Yük maşınının qoşqusunun təkəri yanıb -Kürdəmirdə

Kürdəmir rayonunun Xırdapay kəndində "DAF" markalı yük avtomobilinin qoşqusunun 1 ədəd təkəri yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yüksək temperaturdan qoşqunun üzərindəki boya qarsalanıb. Avtomobilin qalan hissəsi və yük yerində olan 20 ton buğda yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
8
1
ikisahil.az

2Mənbələr