AZ

Əfqanıstan-Pakistan sərhədində TOQQUŞMA

Əfqanıstan-Pakistan sərhədində, bütün Dürand xətti boyunca şiddətli döyüşlər baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Tolo News" xəbər portalı məlumat yayıb.

Yerli mənbələrin bildirdiyinə görə, “Taliban” hərəkatı ilə Pakistan ordusu arasında Dürand xətti boyunca genişmiqyaslı toqquşmalar yaşanır. Qeyd edək ki, bu sərhəd xətti Kabil tərəfindən rəsmi olaraq tanınmır.

Dəqiqləşdirilmiş məlumatlara əsasən, bu qarşıdurmalarda Pakistan tərəfi beş hərbçisini itirib.

Ən gərgin döyüşlər Kunar, Nangarhar və Həlmənd vilayətlərində baş verib. “Taliban” qüvvələri Pakistanın sərhəd postlarına müxtəlif istiqamətlərdən hücum ediblər.

Seçilən
6
publika.az

1Mənbələr