AZ

“Rusiya tarixi əsas ideoloji fənlərdən biridir...”

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Narışkin yüksək keyfiyyətli tarixin tədrisini Rusiyanın gələcəyinin açarı adlandırıb.

Rusiya Federasiyasının gələcəyi əhəmiyyətli bir milli vəzifənin uğurla həll edilməsindən asılıdır: ali təhsil müəssisələrində Rusiya tarixinin tədrisinin keyfiyyətinin yüksəldilməsi...

SİA-nın məlumatına görə, bu açıqlama ilə Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin çıxış edib.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Tümendə keçirilən Tarix Müəllimlərinin Milli Forumunun iştirakçıları qarşısında salamlama nitqi söyləyib.

Sergey Narışkinin çıxışı videokonfrans vasitəsilə keçirilib. Onun fikrincə, Rusiya tarixi əsas ideoloji fənlərdən biridir. O, ölkənin ənənəvi mənəvi-əxlaqi dəyərlərinin vətəndaşların yeni nəsillərinə çatdırılmasında mərkəzi rol oynayır.

Bundan başqa, Narışkin vurğulayıb ki, Rusiya tarixinin öyrənilməsi gənclərdə “vətən hissi” aşılayır.

Ona görə də bu fənnin tədrisinin keyfiyyətinin yüksəldilməsi dövlət qarşısında həlledici vəzifə olub və qalır.

Rusiya Tarix Cəmiyyətinin sədri tarix təhsilinin uğurunu bilavasitə ölkənin gələcəyi ilə əlaqələndirib.

O, belə nəticəyə gəlib ki, Rusiyanın gələcək inkişafı əsasən universitetlərdə tədrisin keyfiyyətindən asılıdır.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
sia.az

2Mənbələr