AZ

“Milan” Mayk Menyanı əvəzləyəcək qapıçını axtarır

"Milan” qapıçısı Mayk Menyanın gələn yay klubdan ayrılması ehtimalına görə iki əsas namizədi nəzərdən keçirir.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossenerilər"in bir variantı Yaponiya millisinin üzvü Dzion Suzuki (“Parma”)dır.

Suzuki ötən yay “Sent-Truiden”dən 8 milyon avroya “Parma”ya transfer olunub. Digər seçim isə Almaniya millisinin dəvətini ilk dəfə alan Noah Atubolu (“Frayburq”)dur.

Bundan əlavə, “Milan” “Kalyari”dən Eli Kaprileni almağı da nəzərdən keçirir, lakin onun qiymətinin yuxarıdakı variantlardan xeyli baha olacağı gözlənilir.

Qeyd edək ki, Meynanın “San-Siro”da son müqavilə ili davam edir və hələ yenilənmə barədə razılıq əldə olunmayıb.

Seçilən
3
90deqiqe.az

1Mənbələr