Madaqaskar prezidenti Andri Radzuelina davam edən etirazlar fonunda paytaxt Antananarivodan qaçıb.
Musavat.com xəbər verir ki, bu barədə "Jeune Afrique" mənbələrə istinadən məlumat yayıb.
Etirazlar sentyabrın 25-də başlayıb, əsasən su və elektrik enerjisinə çıxışın yaxşılaşdırılması, səhiyyə sistemindəki problemlər və yüksək korrupsiya səviyyəsi ilə bağlıdır.
Zamanla etirazçılar prezident Radzuelinanın istefasını tələb etməyə başlayıblar.
Qeyd edək ki, o, 2009-cu ildə etiraz aksiyaları nəticəsində hakimiyyətə gəlib, 2019 və 2023-cü illərdə yenidən prezident seçilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı ən azı 22 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb. Sentyabrın 29-da Radzuelina hökumətin istefasını elan etsə də, etirazlar hələ də davam edir.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ölkənin 30 milyon sakininin yalnız üçdə biri elektrik enerjisindən istifadə edə bilir.
Musavat.com
