İngiltərə nəhəngi "Liverpul" müdafiə xəttində alternativ axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, “qırmızılar” İbrahima Konatenin əvəzləyicisi kimi "Sportinq" klubunun gənc müdafiəçisi Osmane Diomondeni transfer siyahısına daxil edib.
22 yaşlı fil dişi sahilli futbolçu Portuqaliya Premyer Liqasında bu mövsüm sərgilədiyi çıxışla bir çox Avropa klubunun diqqətini cəlb edib.
Diomonde bu mövsüm göstərdiyi sabit çıxışı ilə "Liverpul" skautlarının radarına düşüb.
Klub rəhbərliyi qış transfer pəncərəsində futbolçu üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Kamil Xudiyev