AZ

Tibbdə unikal hadisə: 7 kq-lıq körpə doğuldu

Rusiyanın Ulan-Ude şəhərində təxminən yeddi kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

Redaktor.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə yerli perinatal mərkəzdən məlumat verilib.

Bildirilir ki, çəkisi 6 700 qram, boyu 66 santimetr olan uşaq oktyabrın 11-də doğulub.

Qeyd olunur ki, peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş rahat keçib. Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar.

Seçilən
30
3
redaktor.az

8Mənbələr