AZ

“Milan"a keçidimdə bəlkə də ilk dəfə eqoist davrandım”

“Börnli” və İngiltərə millisinin müdafiəçisi Kayl Uoker yanvar 2025-ci ildə “Milan”a keçidi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Sky Sports”  35 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Getməli idim? Geri baxanda, bəlkə də yox. Komanda yoldaşlarımın, dostlarımın və ailəm hesab etdiyim insanların yanında qalmalıydım. Amma karyeramda bəlkə də ilk dəfə egoist davrandım. Özümü düşündüm və futbol oynamaq istədim. Bunun pis səbəb olduğunu düşünmürəm, amma ehtiyat oyunçu skamyasında oturmaq və bəzən meydana çıxmaq mənə xoş deyildi. Hələ sübut edəcəyim şeylərin olduğunu hiss edirdim və hələ yüksək səviyyədə futbol oynaya biləcəyimi bilirdim”

Seçilən
1
90deqiqe.az

1Mənbələr