AZ

“Barselona” Andreas Kristensenin gələcəyi ilə bağlı qərarı bir neçə ay gözləyəcək

“Barselona” rəhbərliyi mərkəz müdafiəçisi Andreas Kristensenin gələcəyi ilə bağlı qərarı bir neçə ay gözləmək niyyətindədir. 

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, həm məşqçi heyəti, həm də klub rəhbərliyi 29 yaşlı futbolçunun oyunundan və işə yanaşmasından məmnundur. Lakin müqavilə məsələsinə qərar verməzdən əvvəl, “blaqranalar” 2026/2027 mövsümü üçün müdafiə xəttinin tərkibini dəqiqləşdirmək, bazar variantlarını qiymətləndirmək və müdafiəçidə yeni zədələrin yaranma riskini nəzərdən keçirmək istəyir.

Kristensen özü “Barselona”da qalmaq istəyir və klubun qərarını gözləyəcək.

Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Kataloniya komandasında 2022-ci ildən çıxış edən müdafiəçi bütün turnirlərdə 88 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Seçilən
5
90deqiqe.az

1Mənbələr