Bu gün Azərbaycan Basketbol Liqasında II tur üzrə daha bir görüş keçirilib. 

Offsideplus.az xəbər verir ki, "Sabah" saat 19:00-da NTD ilə qarşılaşıb.

Görüş Milli Gimnastika Arenasında oynanılıb. "Bayquşlar" rəqibi 133:65 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, daha öncə "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" isə "Gəncə"yə (96:94) qalib gəlib.