AZ

“Oğlumun Çexiya millisində çıxış etməsi onun üçün yaxşı seçimdir”

“Yuventus” və İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffon oğlu Lui Tomas Buffonun Çexiya millisində oynamaq qərarını şərh edib.

90deqiqe.Az xəbər verir ki, “La Repubblica” sabiq futbolçunun dediklərini belə çatdırıb.

“İtaliya millisində soyadının ağırlığı onu sıxışdırardı. Demək olar ki, onu bu seçimi etməyə məcbur etdilər. Gözləntilər dərhal yüksələrdi. Bu yolla o, işə sakit yanaşa biləcək. Oğlum böyüdükdə isə heç nə ona İtaliyanı seçməyə mane olmayacaq”

17 yaşlı Lui Buffon həm İtaliya, həm də Çexiya vətəndaşıdır. Yarımmüdafiəçi mövqeyində çıxış edir və “Piza”nın gənclər komandasında oynayır. Cari mövsümdə futbolçu 41 dəqiqə meydana çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.

Seçilən
34
90deqiqe.az

1Mənbələr