AZ

Avtobuslarda "QR-kod"la ödənişlərdə əlavə pul çıxılır?VİDEO

Avtobuslarda gedişhaqqının QR-kodla ödənişi zamanı məbləğ seçimi çaşqınlıq yaradır. Qiymətlər marşrut xəttinə görə dəyişdiyi üçün mindikləri avtobusun gedişhaqqını bilməyən sərnişinlər maddi ziyan və vaxt itkisi ilə üzləşirlər.

Xezerxeber.az xəbər verir ki, söhbət gedişhaqqını QR-kod ilə ödəyən sərnişinlərdən gedir. Onların sözlərinə görə, mobil tətbiq vasistəsilə ödəniş etdikləri zaman məğləği yanlış seçdiklərində kartdan pul çıxılır və geri qaytarmaq ya mümkün olmur, ya da çox gec olur.

Sürücülər də qeyd olunan məsələnin problem yaratdığını təsdiqləyirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, daşıyıcılara istismarlarında olan marşrut avtobuslarında qiymət tabloların olmasının vacibliyi vurğulanıb. Tarif dəyişikliyi ilə bağlı qərardan sonra qiymət dəyişikliyi şamil edilən avtobuslarda isə yeni tabloların quraşdırılması ilə bağlı da tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
2
1
xezerxeber.az

2Mənbələr