Bakı. Trend:
Meksikanın mərkəzi və sahil bölgələrini bürüyən güclü daşqınlarnəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Trend xəbər verirki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Ən çox insan tələfatı Hidalqo ştatında qeydə alınıb – burada 18nəfər həlak olub. Daha doqquz nəfər Pueblada, üç nəfər Verakruzda,bir nəfər isə Queretaroda həyatını itirib.
Təbii fəlakət genişmiqyaslı dağıntılara və elektrik enerjisininkəsilməsinə səbəb olub. Verakruz ştatının Poza Rika şəhərində susəviyyəsinin bəzi yerlərdə üç metri keçdiyi bildirilir.
Rəsmilərin məlumatına görə, yüzlərlə ev zədələnib, onlarla körpüvə yol dağılıb. Bir neçə kənddə rabitə və elektrik təchizatı bərpaolunmayıb.