AZ

Avropa Rusiyaya milyardlarla avro ÖDƏYİB

Bu ilin ilk səkkiz ayında Avropa İttifaqı Rusiyadan 11 milyard avrodan çox enerji resursları idxal edib.

Musavat.com xəbər verir ki, enerji təchizatına görə Rusiyaya bağlılıq bir sıra Avropa ölkələrində artmaqda davam edir.

Xüsusilə Macarıstan, Fransa, Belçika, Niderland, Rumıniya, Xorvatiya və Portuqaliya enerji alışlarını artıran ölkələr sırasındadır. Ekspertlər bunun Avropanın enerji təhlükəsizliyi və qiymət siyasətinə ciddi təsir göstərə biləcəyini bildirirlər.

Analitiklər qeyd edir ki, Avropa ölkələrinin Rusiyadan enerji alışı dayandırmaq istəyi olsa da, real şərait və enerji ehtiyatlarının məhdudluğu bu prosesi çətinləşdirir. Nəticədə, Rusiya milyardlarla avro qazanc əldə etməyə davam edir.

Musavat.com

Seçilən
7
2
musavat.com

3Mənbələr