AZ

Florian Toven 5 ildən sonra Fransa millisində qol sevinci yaşadı

“Lans” klubunun 32 yaşlı cinah hücumçusu Florian Toven 2019-cu ilin iyunundan bəri ilk dəfə Fransa millisinin heyətində meydana çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, bu, DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Azərbaycanla keçirilən (3:0) oyunda baş verib.

Toven matçın 83-cü dəqiqəsində Kilian Mbappeni əvəzləyərək meydana daxil olub və az sonra Fransa yığmasının üçüncü qolunu vurub.

Karyerası ərzində fransız futbolçu “Marsel”, “Nyukasl Yunayted”, “UANL Tiqres” və bir sıra digər komandaların formasını geyinib.

Qeyd edək ki, Fransa növbəti oyununu oktyabrın 13-də İslandiya ilə keçirəcək. Hazırda Didye Deşamın komandası D qrupunda 9 xalla liderliyini davam etdirir.

Seçilən
34
90deqiqe.az

1Mənbələr