AZ

İrakli Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri təmiz səhifədən bərpa etmək istəyir

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Gürcüstan hökuməti ABŞ ilə münasibətləri “təmiz səhifə”dən və konkret “yol xəritəsi” əsasında bərpa etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

“Biz ABŞ ilə münasibətləri “təmiz səhifədən” və konkret “yol xəritəsi” ilə bərpa etmək niyyətimizi açıq şəkildə bəyan etmişik. Əsas məsələ odur ki, bu istiqamətdə real və səmərəli addımlar atılsın. Belə yanaşma münasibətlərin yenidən başlanmasına xidmət edir. Biz səbirlə ABŞ tərəfinin mövqeyini gözləyəcəyik”, - deyə Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
16
6
azertag.az

8Mənbələr