ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın keçmiş prezidenti Co Bayden şüa terapiya və hormonal dərmanlar da daxil olmaqla, prostat vəzi xərçənginin yeni müalicə kursuna başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” keçmiş prezidentin nümayəndələrinə istinadən məlumat yayıb.
Kanalın mənbəsinin sözlərinə görə, 82 yaşlı Baydenin şüa terapiyası beş həftə davam edəcək. Keçmiş prezidentin nümayəndələri bildiriblər ki, Baydenə may ayında metastatik prostat xərçəngi diaqnozu qoyulub. Ancaq aqressiv formasına baxmayaraq hormonal müalicəyə cavab verir.
Sentyabr ayında Bayden xərçəngli dəri hüceyrələrini çıxarmaq üçün uğurlu əməliyyat keçirib. Bundan sonra əlavə müalicə tələb olunmayıb. O, 2023-cü ildə bədxassəli dəri lezyonunu çıxarmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.