AZ

Ukrayna - Azərbaycan oyunu öncəsi açıq məşqlər və mətbuat konfransları

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtları açıqlanıb.

Bu barədə İdman.Biz-ə AFFA-dan məlumat verilib.

Əvvəlcə meydan sahiblərinin, sonra isə Azərbaycan yığmasının açıq məşqi baş tutacaq.

12 oktyabr
Ukrayna milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, bütün tədbirlərin saatları Bakı vaxtı ilə göstərilib.

İdman.Biz

Seçilən
23
3
idman.biz

4Mənbələr