Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sabiq futbolçu Zlatan İbrahimoviç qarşıdakı dünya çempionatında dəstəkləyəcəyi milli komandanın adını açıqlayıb.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli hücumçu Braziliya millisinin uğur qazanacağına ümid etdiyini bildirib:
“Ümid edirəm ki, Braziliya qalib gələcək. Dostum Karlo Ançelottiyə dəstək olacağam. Onun işlədiyi hər komanda əla nəticə göstərir”.
Xatırladaq ki, İbrahimoviç 2012–2013-cü illərdə PSJ-də oynayarkən komandanın baş məşqçisi Karlo Ançelotti olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.