Bakı.Trend:
Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək"Birlik - 2025" birgə regional təlimində iştirak edəcək AzərbaycanOrdusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstanvə Özbəkistan respublikalarından komando və PUA heyətlərininiştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrinhərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarınındaha da artırılması, regionda dayanıqlı sülhün qorunması vəqarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davamedəcək