“Barselona” müdafiəni gücləndirməkdə qərarlıdır.
Publika.az “Diario Sport”a istinadən xəbər verir ki, klubun idman direktoru Deku, namizədlərdən biri kimi “Nant”ın 17 yaşlı futbolçusu Tilel Tati hədəfləyib.
17 yaşlı, 190 santimetrlik müdafiəçi İspaniya çempionu da daxil olmaqla, bir çox klubun skautları tərəfindən izlənilir.
Fransız hazırkı komandası ilə mövsümü başa vurmaq istəyir və yayda təklifləri dinləyə bilər.