AZ

Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...

Gələn ilin dövlət büdcəsindən Tbilisidə fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı və Petros Adamyan adına Tbilisi Dövlət Erməni Dram Teatrı üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

XəzərNews.az24News.ge-yə istinadla xəbər verir ki, təklifə əsasən, 2026-cı il üçün dövlət büdcəsində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına 377 min lari, Tbilisi Dövlət Erməni Dram Teatrına isə 906 min lari vəsait ayrılacaq.

Hər iki mədəniyyət ocağı ayrılan məbləğin 85 faizini əmək haqqı ödənişlərinə, 15 faizini isə qanunla icazə verilən xidmətlərə sərf edəcək.

Qeyd edək ki, sözügedən qanun layihəsi parlament komitələrinin iclaslarında müzakirə olunur. Sənədin oktyabrın 14-də hökumətə təqdim edilməsi gözlənilir. Daha sonra layihə, düzəlişlərlə birlikdə, parlamentin sessiya iclaslarında müzakirəyə çıxarılacaq.

Xəbər 3 dəfə oxunub.
Seçilən
29
xezernews.az

1Mənbələr