AZ

Ekspert: İtkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi vacibdir

İtkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi vacibdir.

APA xəbər verir ki, bunu beynəlxalq insan hüquqları və humanitar hüquq üzrə beynəlxalq ekspert Afərin Şahidzadə bu gün Zəngilana səfər çərçivəsində bildirib.

“Mənim təcrübəm itkin düşmüş şəxslərlə, itkin düşənlərin yerinin tapılması ilə bağlıdır. Qarabağda yenidən olmaq mənim üçün xoşdur. Bu, dördüncü dəfədir və görürəm ki, çox fərq var. İnşaatlar olub, insanlar geri qayıdırlar. Ağdamda əlbəttə ki, minalardan təmizləmək üçün vaxt lazımdır, çünki ərazi çox minalanıb və minalardan təmizləmə işləri davam edir”, — Afərin Şahidzadə vurğulayıb.

O, xüsusən itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsinin əhəmiyyətini qeyd edib: “İtkin düşmüş insanların qohumları, yaxınları onların başına nə gəldiyini bilmək istəyirlər”.

Seçilən
19
apa.az

1Mənbələr