AZ

AYNA: Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edilib

BAKI, 11 oktyabr. TELEQRAF

Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli təşki edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, vətəndaşlardan daxil olan müraciətlər əsasında Tələt Şıxəliyev küçəsində AYNA-nın mütəxəssisləri tərəfindən təhlillər aparılaraq yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib.

Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib. Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınaraq birtərəfli hərəkət təşki edilib.

Seçilən
6
25
teleqraf.com

10Mənbələr