"Rusiya prezidenti V. Putin mətbuat konfransında Azərbaycanı rus dilli ölkə adlandirdi. Bu, Kreml təbliğatçılarina bir növ təlimat idi ki, Azərbaycana qarşı növbəti təxribat ssenariləri həyata keçirilsin".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Azərbaycan Türk və müsəlman ölkəsidir:
"Ruslarla azərbaycanlılar arasında dil, etnik, din və mədəniyyət kəskin fərqlidir. Keçmiş SSRİ vaxtında rus dilinin öyrənilməsi məcbur olub. Ümumiyyətlə, Azərbaycan xalqı ilə Rus xalqı arasında qonşuluq əlaqələri yoxdur. Çünki, iki xalq və ölkə arasında Şimali Qafqaz və orada yaşayan müsəlmanlar var".
Məhəmməd Əsədullazadə onu da deyib ki, Azərbaycanda rus dili kütləvi deyil:
"Rus dili Bakıda çox az sayda işlədilir. Azərbaycanın regionlarında rus dili işlədilmir və bu dildə oxuyanlar yoxdur. Azərbaycan xalqının mədəniyyəti, dəyərləri, tarixi və dili rus xalqından qat-qat qədimdir. Həmçinin zəngindir. V. Putin Azərbaycan prezidenti cənab İlham Əliyevdən üzr istəməsinə baxmayaraq yenə də öz ampluasındadır".
Süleyman