ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dadına və qida dəyərlərinin çoxluğuna görə əhəmiyyətli meyvələrdən biri də banandır.
Lif baxımından zəngin olan bu meyvə insan əhval-ruhiyyəsinə də müsbət təsir edir.
"Cebheinfo.az” bananın 7 faydasını təqdim edir:
* Banan kaliumla zəngin meyvədir. Kalium da bədəndəki maye balansını tənzimləməyə və qan təzyiqini idarə etməyə kömək edir.
* Liflə zəngin olan banan həzm sisteminin sağlamlığını dəstəkləyir.
Nəzərə almaq lazımdır ki, lif həzm prosesini tənzimləyir və qəbizlik riskini azaldır.
* Banan C vitamini və B6 vitamini kimi vacib vitaminlərin də əsas mənbəyidir. Qeyd edək ki, C vitamini immunitet sistemini gücləndirir, B6 vitamini isə maddələr mübadiləsini dəstəkləyir və sinir sisteminin sağlamlığını qoruyur.
* Həmçinin, banan təbii yüksək karbohidrat tərkibi sayəsində asan həzm olunan enerji mənbəyidir. Xüsusilə, idmançılar və idman edənlər üçün ideal qidadır.
* Sözügedən meyvə qan şəkərini nəzarət altında saxlamağa kömək edir.
* Tərkibindəki kalium və maqnezium sayəsində bir çox əzələ problemlərinin qarşısını alır.
* Bananın tərkibində triptofan adlı amin turşusu var. Triptofan isə bədəndə xoşbəxtlik hissi yaradan serotonin hormonunun istehsalına kömək edir. Yəni banan əhval-ruhiyyəni də yaxşılaşdıra bilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.