AZ

Bu sahədə işləyən işçilərin sayı artır: 5 ildə 11 mindən çox artım

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayında son illərdə davamlı artım müşahidə olunur.

Demokrat.az
valyuta.az-a istinadən xəbər verir ki, son beş ildə maliyyə və sığorta sektorunda çalışanların sayı 11,5 min nəfər və ya təxminən 38,72 faiz artaraq, 2025-ci ildə 41,2 min nəfərə çatıb.

2025-ci ilin 1 avqust tarixinə olan məlumata əsasən, bu sahədə çalışan işçilərin sayı 41,2 min nəfər təşkil edib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 38,1 min nəfər olub. Beləliklə, bir il ərzində 3,1 min nəfər və ya 8,13 faiz artım qeydə alınıb.

2024-cü ildən əvvəlki dövrlərə baxdıqda, artım tendensiyasının ardıcıl davam etdiyi görünür. Belə ki, 2023-cü ildə maliyyə və sığorta sahəsində 36,3 min nəfər, 2022-ci ildə isə 33,5 min nəfər muzdla çalışan işçi fəaliyyət göstərib. Bu da müvafiq olaraq 2,8 min nəfər və ya 8,36 faiz, eləcə də 3,8 min nəfər və ya 12,79 faiz artım deməkdir.

2021-ci ildə bu sahədə 29,7 min nəfər, 2020-ci ildə isə 28,7 min nəfər işçi fəaliyyət göstərib. Nəticədə, 2021-ci ildə əvvəlki illə müqayisədə 1 min nəfər və ya 3,48 faiz artım baş verib.

Seçilən
10
1
demokrat.az

2Mənbələr