AZ

ING Türkiyədə 2028-ci ilə qədər ÜDM artımı ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” yaxın illərüçün Türkiyədə ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlıproqnozlarını dərc edib.

Bu barədə Trendxəbər verir.

Sənədə əsasən, 2025-ci ildə ölkənin iqtisadiyyatı 3,3 faizböyüyəcək, 2026-cı ildə isə iqtisadi artım 4 faiz təşkil edəcək.2027-ci ildə isə iqtisadi artım tempinin 4,5 faizə çatacağıproqnozlaşdırılır.

Rüblər üzrə bölgüyə əsasən, ING 2025-ci ilin üçüncü rübündəTürkiyənin ÜDM artımının 3 faizə qədər yüksələcəyini, dördüncürübdə isə 3,2 faizə çatacağını proqnozlaşdırır.

Qeyd edək ki, Türkiyənin Statistika İnstitutunun məlumatlarınaəsasən, Türkiyədə iqtisadi artım cari ilin ikinci rübündü 4,8 faiztəşkil edib.

Zəncirvari həcm indeksinə görə ÜDM ötən ilin eyni dövrü iləmüqayisədə 4,8 faiz yüksəlib.

İstehsal üsulu ilə hesablandıqda, ÜDM cari qiymətlərlə 2024-cüilin eyni rübü ilə müqayisədə 43,7 faiz artaraq 14 trilyon 578milyard 556 milyon Türkiyə lirəsinə çatıb. ABŞ dolları ifadəsindəisə ikinci rübdə ÜDM 377 milyard 622 milyon dollar təşkil edib.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr