AZ

Azərbaycanın kələm ixracı 45% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 187 min ABŞ dolları dəyərində 225,1 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 71 % azdır.Hesabat dövründə Azərbaycan Ukraynaya 125,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,5 dəfə çox) 166,9 ton (+8,4 dəfə), Rusiyaya 33,3 min ABŞ dolları dəyərində (-90 %) 37 ton (-95 %), Belarusa 14,2 min ABŞ dolları dəyərində 20,3 ton və Səudiyyə Ərəbistanına 13,7 min ABŞ dolları dəyərində 0,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.Azərbaycan 2 il 1 aylıq aradan sonra Belarusa kələm tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 841 ton kələmin 97,5 %-i Rusiyanın payına düşüb.

Seçilən
6
3
metbuat.az

4Mənbələr