AZ

TDT ən sivil əməkdaşlıq fotmatıdır

"Türk xalqlarının ortaq tarixi, etnik və mənəvi dəyərlərə sahib olduqları barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir"· Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Dövlət başçısının çıxışında türk xalqlarını bir ailə kimi birləşdirən dəyərlərlə bağlı ifadə olunan fikirlər əslində türk dünyasının tarixi inkişaf konsepsiyasının qısa xülasəsi idi. Bu birlik coğrafi sərhədləri aşan ideya olmaqla yanaşı, müstəqil inkişaf yolunu seçmiş ölkələrin qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq modelidir. Azərbaycan bu birliyin iqtisadi və siyasi təməllərinin möhkəmlənməsi üçün konkret addımlar atır. Katibliyin hesabına 2 milyon ABŞ dolları ianənin köçürülməsi də məhz bu istiqamətdə praktiki dəstəyin ifadəsidir. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə artan nüfuzu həm qlobal, həm də regional güc balansında yeni reallıqlar yaradır. Daxili sabitlik, demoqrafik üstünlük, strateji resurslar və artan hərbi potensial təşkilatı qlobal arenada etibarlı aktora çevirir. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu gün türk dünyası təkcə tarixi bağlarla deyil, həm də müasir çağırışlara çevik cavab vermək bacarığı ilə seçilir. Bu, birliyimizin davamlılığını təmin edən əsas amildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
2
olaylar.az

10Mənbələr