AZ

“Çelsi”nin yerli ulduzu “Qarabağ”la matça çıxmayacaq?

Kouel Palmer noyabra qədər “Çelsi”də oynamayacaq.

Sportinfo.az “Sky Sport”a istinadən xəbər verir ki, ingilis hücumameyilli yarımmüdafiəçi qasıq nahiyəsindəki davam edən problemlər səbəbindən komandasının oyunlarında iştirak edə bilməyəcək.

O, “Nottingem Forest”, “Ayaks”, “Sanderlend” və “Vulverhempton”la oyunları buraxmaq riski ilə üz-üzədir.

Noyabrın 5-də Bakıda baş tutacaq Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” - “Çelsi” matçında Kouel Palmerin iştirak edib-etməyəcəyi məlum deyil.

Seçilən
5
sportinfo.az

1Mənbələr