AZ

Azərbaycanda İslam bankçılığı pəncərələrinin tətbiqi banklar üçün yeni gəlir mənbələri açacaq - Moody's

Bakı. Trend:

Azərbaycanda "İslam bankçılığı pəncərələrinin" tətbiqi banklarüçün yeni gəlir mənbələri açacaq.

Trend bu barədə“Moody’s” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, 2024-cü il oktyabrın 7-də Azərbaycan MərkəziBankı (AMB, reytinqi Baa3, proqnoz “müsbət”) İslam bankçılığıməhsullarının 2026-cı ildən etibarən ölkədə tətbiq ediləcəyini elanedib.

“Müvafiq dövlət qurumları ölkədə İslam maliyyəsinin inkişafıməqsədilə əlavə normativ tədbirlər üzərində işləyir. Bu çərçivədəMülki Məcəlləyə, Banklar haqqında Qanuna və Vergi Məcəlləsinədəyişikliklər nəzərdə tutulur. Əsas təkliflərdən biri İslam maliyyəəməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azadedilməsidir.

Yeni normativ hüquqi baza təsdiqləndikdən sonra ənənəvi banklarİslam bankçılığı xidmətlərini belə adlandırılan “İslam pəncərələri”vasitəsilə təklif edə biləcəklər. İlkin məqsəd bazarı şəriətnormalarına uyğun məhsullarla tanış etmək və onların geniş tətbiqiüçün əsas yaratmaqdır. Mərkəzi Bank tətbiq prosesinə nəzarət edəcəkvə zərurət yarandıqda məhsul çeşidinin genişləndirilməsindən əvvəltənzimləmələri dəqiqləşdirəcək”,- deyə məlumatda qeyd olunur.

Analitiklərin fikrincə, təklif olunan dəyişikliklərin banklarınmənfəətliliyini artıracağı və likvidliklə maliyyələşməgöstəricilərini yaxşılaşdıracağı üçün kredit reytinqləri baxımındanmüsbət qiymətləndirilir.

“Qırğızıstan Respublikasının təcrübəsi göstərir ki, bu kimitədbirlərin uğurlu tətbiqi yerli banklar tərəfindən İslam maliyyəxidmətlərinin təklifini genişləndirə və maliyyə inklüzivliyininsəviyyəsini yüksəldə bilər. “İslam pəncərələrinin” tətbiqiAzərbaycan banklarına bazarın az əhatə olunan seqmentinə çıxışimkanı verəcək, sukuk (İslam istiqrazları) buraxılışı üçün normativbaza yaradılması isə onlara İslam maliyyə institutlarından vəsaitcəlb etməyə, likvidliyi gücləndirməyə və onun idarə olunması üçünalətlər əldə etməyə şərait yaradacaq. Bundan əlavə, şəriətprinsiplərinə uyğun məhsulların təklifi banklar üçün yeni gəlirmənbələri formalaşdıracaq.

Hazırda Azərbaycanda tamamilə İslam prinsipləri ilə fəaliyyətgöstərən bank və ya “İslam pəncərəsi” yoxdur. Hərçən ölkəəhalisinin 97 faizi (10,4 milyon nəfər) İslam dininə etiqad edir vəbu, potensial tələbin yüksək olduğunu göstərir. Uyğun tənzimləməmexanizminin olmaması isə bu sektorun inkişafını tarixi olaraqləngidib. Bununla belə, yüksək tələbat fonunda əməliyyat vənormativ çətinliklər yeni alətlərin tətbiqini müəyyən qədəryavaşıda bilər”, -deyə Moody’s bildirir.

Agentlik əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankı (ABB,reytinq Ba1, proqnoz “sabit”) 2013-cü ildə kiçik və orta biznesə,eləcə də pərakəndə müştərilərə xidmət göstərmək məqsədilə İslambankçılığı şöbəsi yaradıb, lakin bu təşəbbüs 2015-ci ildədayandırılıb.

“Əgər cari plan gerçəkləşərsə, Azərbaycanda tam İslam banklarıyaradıla və sukuk emissiyası hesabına kiçik və orta biznesininkişafı, eləcə də infrastruktur layihələrinin maliyyələşdirilməsidəstəklənə bilər.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr