AZ

Macarıstanda Avropa İttifaqının hərbi planlarına qarşı imza toplama kampaniyasına başlanıldı

BAKI, 11 oktyabr. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban ölkədə Avropa İttifaqı (Aİ) liderlərinin hərbi planlarına qarşı imza toplama kampaniyasına başlanıldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

Viktor Orban bildirib ki, Avropa sürətlə müharibəyə doğru irəliləyir:
"Bir neçə həftə əvvəl Kopenhagendə Brüsselin hərbi planı təqdim edildi. Bu plana əsasən, Avropa maliyyə vəsaiti ayırır, ukraynalılar döyüşür, Rusiya isə tükənməlidir. Macarıstan bu yanaşmanı qəbul etmir".

Baş nazir qeyd edib ki, bu mövqeyinə görə Aİ Macarıstana qarşı qarayaxma kampaniyasına başlayıb:
"Aİ tərəfindən müxtəlif təzyiq üsulları tətbiq olunur -casusluq ittihamları, saxta xəbərlər və hüquqi manipulyasiyalar".

Viktor Orban əlavə edib ki, Macarıstan xalqı müharibə istəmir və sülh tərəfdarıdır:
"Biz bu prosesə səssiz qala bilmərik. Brüsselin hərbi planlarına qarşı imza toplama kampaniyasına start veririk. Kampaniya ölkənin bütün şəhər və kəndlərini əhatə edəcək. Hazırda bizə hər bir sülhpərvər macarın dəstəyi lazımdır".

Seçilən
9
teleqraf.com

1Mənbələr