AZ

Push30 təhsil işçilərinə xüsusi güzəştlər təqdim edir - Adil Qasımov

Bakı. Trend:

Layihə çərçivəsində təhsil işçilərinə özəl Push30-un Standart vəPlus abunəliklərinə xüsusi güzəştlər təqdim edilir.

Trend xəbərverir ki, bu sözləri "Push30" şirkətinin baş icraçı direktoru AdilQasımov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – PilotLayihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, bu layihədə əsas məqsəd elm və təhsil işçiləriarasında sağlam həyat tərzini təşviq etməkdir:

"İlk növbədə bu təşəbbüsə göstərdikləri dəstəyə görə Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqına dərin təşəkkürümü bildirirəm.Bu layihədə əsas məqsədimiz elm və təhsil işçiləri arasında sağlamhəyat tərzini təşviq etmək, onların gündəlik həyatına balans vəenerji gətirməkdir. Çünki biz inanırıq ki, sağlam müəllim sağlamgələcəyin qurucusudur. Və bu əməkdaşlıq sadəcə bir layihə deyilsağlam gələcəyin başlanğıcıdır. Eyni zamanda əminəm ki, bu təşəbbüsgələcəkdə digər peşə sahibləri üçün də bir nümunəyə çevriləcək. Bulayihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edir,gələcəkdə də birgə uğurlu əməkdaşlıqlar arzulayıram".

Adil Qasımovun sözlərinə görə, layihə çərçivəsində təhsilişçilərinə özəl Push30-un Standart və Plus abunəliklərinə xüsusigüzəştlər təqdim edilir.

"Biz bundan sonra da təhsil işçilərinin sağlam gələcəyi naminəatılan addımları dəstəkləməyə davam edəcəyik. Bugün müəllimlər üçüntəşkil etdiyimiz “Sağlam müəllim – sağlam gələcəyin qurucusu”tədbirini həm də World Mental Health Day-in ruhunda keçiririk.Çünki emosional sağlamlıq bədən sağlamlığı ilə bir yerdəformalaşır. Push30 olaraq məqsədimiz təkcə idman deyil hem dedaxili balansı, enerji və motivasiyanı bərpa edən bir həyat tərzinitəşviq etməkdir. Çünki sağlam bədən və sağlam düşüncə bir yerdəformalaşır",- deyə o fikrini tamamlayıb.

Seçilən
4
1
az.trend.az

2Mənbələr