Diaqnoz İrmak Ünalı sarsıdıb
Uzun müddət gözlərdən uzaq yaşayan və hazırda Balidə yaşayan aktrisa İrmak Ünal 10 aydır süd vəzisi xərçəngi ilə mübarizə apardığını açıqlayıb.
Sherg.az xəbər verir ki, 48 yaşlı aktrisa verdiyi açıqlamada deyib:
“Diaqnoz məni həm sarsıtdı, həm də yenidən yaratdı. Bu yolçuluq həm çox real, həm çətin, həm də dəyişdiricidir.”
Ünal erkən diaqnozun əhəmiyyətini vurğulayıb:
“Erkən diaqnoz həqiqətən də həyat qurtarır. Bilgi qorxu deyil, gücdür.”
Aktrisa müalicə dövründə yanında olan ailə üzvlərinə və dostlarına təşəkkür edib:
“Yeni bir gün, yeni bir mən.”