AZ

“Dövlət sahibkarlıq üçün kifayət qədər şərait yaradır”

Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı istiqamətində dövlət tərəfindən bir sıra sistemli addımlar atılır. Həm kiçik, həm də orta sahibkarların dəstəklənməsi, peşə təhsili sisteminin yenilənməsi, özünüməşğulluq proqramlarının genişləndirilməsi və vergi güzəştləri bu sahədə atılan əsas addımlar sırasındadır.

Mütəxəssislər hesab edirlər ki, dövlətin yaratdığı bu imkanlar iqtisadi fəallığın artmasına, işsizliyin azalmasına və büdcə gəlirlərinin çoxalmasına şərait yaradır.

Lakin iqtisadçılar bildirirlər ki, bu prosesin səmərəli davam etməsi üçün təkcə dövlətin deyil, vətəndaşların da fəallığı vacibdir. İnsanlar peşə öyrənməyə, yeni sahələrdə fəaliyyət göstərməyə və sahibkarlıq təşəbbüslərinə daha açıq olmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, maarifləndirmə və təşviqat tədbirləri də bu istiqamətdə mühüm rol oynayır. pizza hut

Bu barədə Yenisabah.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Rüfət Quliyev danışıb.

Rüfət Quliyev qeyd edib ki, son illər peşə məktəblərinin fəaliyyətinə böyük diqqət ayrılıb və bu sahədə dövlət mühüm addımlar atıb:

“Əhali tərəfindən də maraq olmalıdır. Mən Peşə Məktəblərinin fəaliyyətinə toxunmaq istəyirəm. Dövlət tərəfindən böyük addımlar atılıb. Hazırda peşə məktəblərində elə peşələr var ki, məzunlarının 85-90 faizi işlə təmin olunur.

Yeni, maraqlı peşələr var, bu məsələdə yaş da əhəmiyyətli rol oynamır, 30, 40, hətta 50 yaşında da yeni peşə öyrənmək üçün gec deyil”.

Professor bildirib ki, dövlətin həyata keçirdiyi özünüməşğulluq layihəsi mikrosahibkarlığın inkişafına geniş imkanlar açır:

“Bir də  dövlətin həyata keçirdiyi özünəməğulluq layihəsi var. Çox maraqlı layihədir. Burada da mikrosahibkarlığın inkişafına kifayət qədər imkan var.  Gördüyünüz kimi, dövlət tərəfindən bu sahə üçün addımlar atılır, bir az da əhali marağı lazımdır. İşsiz, hətta təqaüddə olan şəxslərin gərək marağı olsun”.

O qeyd edib ki, təşviq tədbirləri daha da gücləndirilməlidir:

“Təşviqatı isə dövlət orqanları tərəfindən artırmağa ehtiyac var.

Dövlət sahibkarlıq üçün kifayət qədər şərait yaradır. Bu gün əsas istiqamət mikrosahibkarlıq və orta sahibkarlıqdır. Hədəf budur. Əgər biz onların sayına baxsaq, artım olduğunu müşahidə edə bilərik, amma artımın tempi bizi qane etmir. Dövlət daha çox kiçik sahibkarlığın inkişaf etməsini istəyir. Bu,  mövcud olan işsizliyi kifayət qədər azaldacaq. Sözügedən addım dövlətin birmənalı taktiki və strateji hədəfləridir.

Sahibkarlığa dəstək olmaq vergi sistemində də büdcəyə  daha  çox gəlir gətirəcək. Təşviqi məsələyə gəldikdə isə təşviqi bir az da artırmaq lazımdır. Mən çıxışlarımda dəfələrlə bunu vurğulamışam. Müxtəlif sosial çarxlar, maarifləndirici məlumatlarla insanları cəlb etmək lazımdır. Hökumət tərəfindən də stimullar var”.

Professor sonda insanların daha çevik və məlumatlı olmasının vacibliyinə diqqət çəkib:

“CBC telekanalında 8 ilə yaxındır ki, mənim “Sahibkar Saatı” verilişim var. Ora əsasən, kiçik və orta sahibkarları dəvət edirəm. Problem ondan ibarətdir ki, insanlar o qədər də çevik deyil. Dövlət tərəfindən qəbul olunmuş qanunlar, yeni qərarlar internetdə var, insanlar çevik olmalı, onları tapıb oxumalı və xəbərdar olub addım atmalıdırlar”.

Əsmətxanım Rzazadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Seçilən
7
1
yenisabah.az

2Mənbələr