Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşmaq təhlükəsi ilə üz-üzədir. Bununla bağlı görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur. Mənzilin divarına toxunduqda, divar yırğalanır.
Mövzu ilə bağlı danışan inşaat eksperti Muxtar Ərturan deyib ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsiz olmasıdır.
Onun sözlərinə görə, hazırda əksər inkişaf etmiş ölkələrdə kərpic əvəzinə daha keyfiyyətli materialların istifadəsinə yer verilir.//Xəzər TV