AZ

Maliyyə bazarlarında birja əqdlərinin payı artıb

Bakı. Trend:

Bu ilin yanvar–sentyabr aylarında maliyyə bazarlarında bağlananəqdlərin ümumi həcmi 10,424 milyard manat və 360,31 milyon ABŞdolları təşkil edib.

Trend bubarədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.

Belə ki, hesabat dövründə manat ifadəsi ilə bağlanmış əqdlərin10,122 milyard manatı (97,1%) birja, 301,47 milyon manatı (2,9%)birjadankənar bazarda həyata keçirilib.

2024-cü ilin eyni dövründə manat ifadəsilə birja əqdlərinin payı6,505 milyard manat (87,9%), birjadankənar əqdlərin payı isə 897,7milyon manat (12,1%) olub. Beləliklə, birja əqdlərinin payı 9,2faiz bəndi artıb, birjadankənar əqdlərin payı isə 9,2 faiz bəndiazalıb.

Dollar ifadəsində isə bağlanmış əqdlərin 326,22 milyon ABŞdolları (90,5%) birja əqdlərinin, 34,09 milyon ABŞ dolları (9,5%)isə birjadankənar əqdlərin payına düşüb.

2024-cü ilin eyni dövründə dollar ifadəsilə birja əqdlərininpayı 286,27 milyon dollar (71,4%), birjadankənar əqdlərin payı isə114,69 milyon manat (28,6%) olub.

Beləliklə, dollar ifadəsilə birja əqdlərinin payı 19,1 faizbəndi artıb, birjadankənar əqdlərin payı isə 19,1 faiz bəndiazalıb.

Qeyd edək ki, birja əqdi qiymətli kağızların (məsələn, səhmlər,istiqrazlar), valyutanın və ya digər maliyyə alətlərinin rəsmibirjada, yəni nəzarət olunan ticarət platformasında alınması və yasatılmasıdır.

Seçilən
19
az.trend.az

1Mənbələr