AZ

Trampın Nobel mükafatı almaq şansı hələ qalır - AÇIQLAMA

Norveç Nobel Komitəsi 2025-ci il Sülh Mükafatını Venesuelanın müxalifət lideri Mariya Korina Maçadoya təqdim edib. Komitə bu qərarı onun “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya dinc keçid uğrunda mübarizəsi” ilə əsaslandırıb.

Bu il Nobel Sülh Mükafatına 388 şəxs və təşkilat namizəd göstərilib, onların arasında ABŞ prezidenti Donald Tramp da olub. 

Trampın Nobel mükafatına layiq görülməməsi Amerikanın bəzi dairələrində tənqidlərə səbəb olub.

Nobel Komitəsinin qərarı beynəlxalq səviyyədə alqışlansa da, Trampın tərəfdarları bu seçimi “siyasi motivli” adlandırıblar.

Hurriyyet.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Nobel Komitəsinin qərarı artıq birinci gün bəlli olub:

“Nobel Sülh Mükafatına 338 namizəd təqdim olunmuşdu. Onların arasında Donald Tramp da vardı. Lakin komitə qərarını Mariya Korina Machado ilə bağlı verdi. O, Venesuelada xalqların demokratik hüquqlarının müdafiəsi və ölkənin sülh yolu ilə demokratik dəyişikliklərə nail olunması istiqamətindəki fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Nobel komitəsinin qərarı artıq birinci gün bəlli idi. Birinci günə qədər baş verən hadisələr nəzərə alınırdı. Amma Qəzza ətrafında gedən sülh prosesi, xüsusilə də İsraillə HƏMAS hərəkatı arasında əldə olunmuş atəşkəs razılaşması üçüncü günə təsadüf edir. Donald Tramp bu barədə demişdi ki, artıq 8-ci müharibəni dayandırmağa nail olub. Amma bir reallıq ondan ibarətdir ki, hələ 2025-ci ilin fevralında Donald Tramp Ağ Evdə çıxışı zamanı sülh mükafatına layiq olduğunu, lakin ona bu mükafatın verilməyəcəyini bildiyini deyib. Bu yaxınlarda ABŞ generalları qarşısında çıxışı zamanı Tramp hətta bu məsələni də bildirdi ki, əgər ona bu mükafat verilməsə, bunu ölkəsi üçün təhqir sayacaq. Prosedur məsələlər olduğu kimi, Trampın özünün ehtiyatlandığı məqamlar da vardı”.

A.Allahverənov Donald Trampın hələ də Nobel Sülh Mükafatına layiq görülməsinə şanslı olduğunu qeyd edib:

“Yadddan çıxarmayaq ki, 2025-ci il ərzində sülh mükafatından sonra əldə olunan uğurlar da Nobel Komitəsi tərəfindən dəyərləndirilir. Həqiqətən də Qəzzada gedən sülh prosesi davamlı, dayanıqlı və uzunmüddətli olacaqsa, Rusiya-Ukrayna müharibəsi 2026-cı ildə dayandırılacaqsa, məhz Nobel Komitəsi tərəfindən gələcək 1 ildə göstərilən fəaliyyətlər nəzərdən keçirilən zaman Donald Trampın da əməyi dəyərləndirilə bilər. Bu baxımdan da 2026-cı ildə də namizədlər sırasında Donald Tramp yer ala bilər".

Seçilən
8
2
hurriyyet.az

3Mənbələr