AZ

Qiymətli kağızlar üzrə ödənişlərin həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan RespublikasınınMilli Depozit Mərkəzi (MDM) tərəfindən həyata keçirilən qiymətlikağızlar üzrə ödənişlərin əsas hissəsini dövlət istiqrazları vəMərkəzi Bankın notları təşkil edib.

Trend MDM-əistinadən xəbər verir ki, hesabat dövründə dövlət istiqrazları üzrəödənişlərin nominal dəyəri 1,802 milyard, kupon ödənişləri isə365,45 milyon manat təşkil edib. Dövlət istiqrazlarının ümumiödənişlərdə payı 66% olub.

Cari ilin ilk 9 ayında Mərkəzi Bankın notları üzrə ödənişlərinnominal həcmi 782,1 milyon manat olub ki, bu da ümumi ödənişlərin23,8%-ni təşkil edib.

Eyni zamanda hesabat dövründə səhmlər üzrə 200 milyon manatdividend ödənişi həyata keçirilib. Səhmlərin ümumi ödənişlərdə payı6,1%-ə bərabər olub.

Hesabat dövründə korporativ istiqrazlar üzrə nominal ödənişlər114,97 milyon manat, kupon ödənişləri isə 20,21 milyon manat təşkiledib. Onların ümumi ödənişlərdəki payı isə 4,1% olub.

Dollar ifadəsində isə həyata keçirilən qiymətli kağızlar üzrəümumi ödənişlərin 67,7%-i dövlət istiqrazlarının, 32,3%-i isəkorporativ istiqrazların payına düşüb.

Hesabat dövründə dövlət istiqrazları üzrə 20 milyon ABŞ dollarınominal və 0,3 milyon dollar kupon ödənişi həyata keçirilib.Korporativ istiqrazlar üzrə isə 10 milyon dollar nominal, 32,5milyon dollar kupon ödənişi həyata keçirilib.

Seçilən
13
4
az.trend.az

5Mənbələr