AZ

Push30 layihəsinə 1000-dən çox təhsil işçisi müraciət edib

Bakı. Trend:

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – PilotLayihəsinə artıq 1000 nəfərdən çox təhsil işçisi müraciət edib.

Trend xəbərverir ki, bu sözləri "Push30" şirkətinin baş icraçı direktoru AdilQasımov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – PilotLayihəsinin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasındadeyib.

O bildirib ki, ümumiyyətlə, bu layihə ilə bağlı çox yaxşıfikirlər var:

"Gözlədiyimizdən artıq müraciət qəbul olunub. 1000 nəfərdən çoxtəhsil işçisi artıq bu layihəyə müraciət edib. Bugünkü tədbirə dəbu qədər marağın göstərilməsi və bu qədər iştirakçının buradaolması məni çox sevindirir. Bu onu göstərir ki, bizim çox dəyərliElm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə birlikdə həyatakeçirdiyimiz bu layihə artıq bəhrəsini verir. Təbii ki, tədbirdənsonra daha dəqiq rəqəmlər məlum olacaq".

O vurğulayıb ki, bu layihə prinsipial xarakter daşıyır.

"Bildiyiniz kimi, təhsil işçilərinin işi çox səbir tələb edir vəbiz çox istəyirik ki, onların həyatına balans və enerji gətirək.Ona görə, nə qədər çox insan olsa, bir o qədər yaxşı olar. İlkmərhələdə biz 3 min nəfəri nəzərdə tutmuşuq. Artıq 1000 nəfərdənçox müraciət olunub. Düşünürük ki, bu rəqəmləri istədiyimizsəviyyəyə çatdıra bilərik"- deyə Adil Qasımov əlavə edib.

Seçilən
16
az.trend.az

1Mənbələr